Bəstinin ah-naləsindənOyan, dağlar, oyan, dağlar.Qan damır dağ laləsindən,Sən də qana boyan, dağlar.

Kəkliklərin qaqqıldaşı,Ayağı qan eylər daşı,Sel-sel oldu gözüm yaşı,Hünərin var dayan, dağlar.

Bəylər bizi gətdi cana,İgidləri saldı qana,Ayrı eli zülmətxana,Bəs necədir o yan, dağlar?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri