Məleykə boyludur, şirin ləhcəli,Əzəldən tamaşa olan bu dünya.Qoca cadugərdi aldadar səniCavanlıq donunda qalan bu dünya.

Qananı eyləyib talesiz, baxtsız,Əyibdi qəddini, qocaldıb vaxtsız,Çoxlarmı qoyub eyvan-otaqsız,Varlının dərdinə qalan bu dünya.

Qəmdən pay götürdüm, nalədən qismət,Görmədim bir ləzzət, çəkdim əziyyət,Canda eşq atəşi, dildə məhəbbət,Bəstini odlara salan bu dünya.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale