Bilmirəm
Uçubdu könlümün bürcü-barısı,Neçə bənna ilə hörə bilmirəm.Ağlamaqdan tor gəlibdi gözümə,İşıqlı dünyanı görə bilmirəm.
Əyibdi qəddimi çərxi-zamana,Qiymət qoyan yoxdu yaxşı-yamana,Gədələr bəy olub girib meydana,Bəs kim dözər bu dağlara, bilmirəm?!
Əzəl gündən qara gəlib ruzgarım,Bu qəmü möhnətdən artıb azarım,Qəlp çıxıb mətahım, yoxdu bazarım,Bəstiyəm dərdimə çara bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-besti-bilmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir