Dağlarda lalə, nərgizi,Gülləri dəstə, görəydim.Yasəməni, qızılgülü,Dərəydim, dosta verəydim.

Gül dərməsin, a yağımı,Çəkər piltə, a yağımı.O yağının ayağımı,Məzarı üstə görəydim.

Yoxdur, Xançobanım hanı?Uçub dağların bir yanı.Bəsti, səni ağladanı,Şivəndə, yasda görəydim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar