Bu gün qonaq düşdüm Kükəl kəndinə,Könlümün bülbülü dil açdı yenə.Üzümə güldükcə hər gül, hər çiçək,Ucaldı dağ kimi sinəmdə ürək.Bilirəm ellərin düz vəfası var,Burda keçən ömrün min səfası var.Qəlbə mehribandır bu daş, bu torpaq,Bülbüllər yuvası hər yaşıl yarpaq.Çiçəklər içində gülür yamaclar,Göylərə baş vurur hündür ağaclar.Bu yerdə hər quşun bir nəvası var,Səhərin, axşamın öz havası var.Çayların üstündə süzür sonalar,Qəfəsdən çıxmışdır bizim analar.Məni qarşılayır bu azad ellər,Bizim mərd ürəkli qəlbi şad ellər.Bu açıq alınlar, gülər baxışlar,Bu saysız "ura"lar, sonsuz alqışlarMənə mehribandır öz anam qədər;Hələ yazılmamış böylə bir əsər.Hələ divarlara, ağaclara bax,Asılmış hər yerdən bizim al bayraq.Bəzəmiş yolları xalı-xalçalar,Kəndistan yerinin öz rəssamı var.Bayram içindədir nazlı kəndimiz,Bizim bu söhbətli, sazlı kəndimiz.Qoruyaq bağları düşmən küləkdən…Ellər yaxşı bilir deməsəm də mən.Bu xoşbəxt kəndimiz görüm var olsun,Düşmənin başına dünya dar olsun!Qardaşlar! Bacılar! Sizinləyəm mən,Duz-çörək almışam dost əlinizdən.Mən ki, çox razıyam doğma elimdən,Bu ad düşməyəcək mənim dilimdən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar