Azərbaycan (Gəlin sizə bir-bir danışım)
Dostlar! Gəlin sizə bir-bir danışımMin bağın, bağçanın barı məndədir.Sinəm oylağıdır gözəlliklərinHər sevən ürəyin yarı məndədir.
Nə çoxdur qoynumda almalı bağlar!Qüdrətim göylərin dilini bağlar.Meşəli dərələr sal buzlu dağlarDağların süd kimi qarı məndədir.
İnsan bir uşaqdır, vətən bir anaÖmür bir çıraqdır, könül pərvana.Yolunuz düşdümü bizim Şirvana?Gül açan heyvası, narı məndədir.
İgidlər yurdudur, bu dağ, bu aranBu dağlar başında qalmamış boran.Hər təzə çiçəkdən bir şirə soranPətəyə bal düzən arı məndədir.
Çoxdur düzlərimdə otlar, yarpızlarKörpə şamamalar, iri qarpızlar.Bulaq başındakı oğlanlar, qızlarElin kamançası, tan məndədir.
Ağdaşın pambığı çiçək-çiçəkdirŞəkinin bəzəyi şaldır, ipəkdir.Qarabağ gözəli dünyada təkdirİsti yanaqların nan məndədir.
ölsün bu yerlərdən ilham almayanQəlbini saz kimi tutub çalmayan.Yarışda gənclikdən geri qalmayanMin qoca məndədir, qan məndədir.
Şirindir insanın öz azadlığıKönül azadlığı, göz azadlığı,Qələm azadlığı, söz azadlığıDünyanın ən böyük varı məndədir.
Gəldi ömrün gözəl bahar çağlarıAçılmışdır könüllərin bağları.Qanş-qanş dolan bizim dağlarıDiş göynədən bulaqları məndədir.
Bu yerlərin hər torpağı, hər daşıYaranmışdır ayın, günün sirdaşı.Əyilməmiş bu dağların dik başıKoroğlunun mərd vüqarı məndədir.
Ləkə yoxdur mənim bu ağ üzümdəCeyran qaçar, cüyür mələr düzümdə.Bağlarımda gilas da var, üzüm dəMin çiçəyin çəmənzarı məndədir.
Hər budaqda bir bülbülə yuvam var,Ağır elli oymağım var, obam var,Xəstələrə dərman verən havam var,Səhərlərin xoş ruzgarı məndədir.
San limon çay üstündə dad olur,Gözüm görür, könlüm evi şad olur,Hansı namərd dost evinə yad olur?Məhəbbətin vəfadan məndədir.
Dil açmışdır bu sədəfli sazlarımMahnı qoşur gözəl-göyçək, qızlanm.Göllərimdə alaboğaz qazlarımDumaların düz qatarı məndədir.
ölüb getdi günlərimi saymağım.Dildən-dilə dastan oldu oymağım,Təmiz südüm, şəkər kimi qaymağım,Dövlətimin ixtiyarı məndədir.
Yaz gələndə qışın ömrü pozular,Dağ döşünə seyrə çıxar quzular.Hələ dayan! Şairin çox sözü var,Ana yurdun sənətkarı məndədir.
Buruqlarım nərə çəkmiş çöllərə,Ayılmışdır yuxusundan dağ, dərə.Alqış! Bizim bol işıqlı ellərə,İnsanların bəxtiyarı məndədir.
Axşam üstü Bakıya bax doyunca,Ulduzlarım yanır sahil boyunca.Dağ üstündə o qərənfil, o yoncaVətənimin laləzarı məndədir.
Nə zindan var, nə yumruq var, nə də dinKönlüm quşu! Bir də dillən, bir də din,Nizaminin, Füzulinin, VaqifinGözəl-gözəl yadigarı məndədir.
Mən xoşbəxtəm azadlığım gələli,Tarix yazır ellərimin öz əli,Bayrağımdır qızıl Şərqin gözəliAzadlığın düz qəran məndədir.
Sinəm oldu bir yıxılmaz söz dağıBir də ellər görməyəcək göz dağı.Vətənimin günəş üzlü bayrağıYer üzünün bayraqdarı məndədir.
Vurğun deyər ellə çıxdım qəfəsdənDoymamışam bu nəğmədən, bu səsdənMin il keçsə könlüm düşməz həvəsdənŞerimizin ilk bahan məndədir.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-azerbaycan-gelin-size-bir-bir-danisim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə fikrim seyrə çıxdı yer üzünü başdan-başa,Dünya böyük bir tamaşa...
Ayın əfsanəsi (Aybəniz)Ay gözəllik çadırını açıb, buludlarda,Yenə bizim ay başına dolaharkən buludlar da
Hürmüz və ƏhrimənAzərbaycan, gözəl bir yaz… Həyat bolluq, işıq çoxdur,Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur.
Bakının dastanıNeçə ildir könül deyir söylə, şair,Şeir, sənət gülzarında Bakı hanı?
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Hər gülşəndən bir çiçəkNuhun nübüvvətin edər inkar əhli-cəhl,Gavə sitayiş etməyi ürfan hesab edər.
Mənim həyatımAdi bir insanam mən,Adidən də adiyəm.