Mənim həyatım
Adi bir insanam mən,Adidən də adiyəm.Bir əl boyda kağıza sığmaz amma bu aləm.Yazım: harda doğuldum,Yazım: məktəbə girdim,İnstitut bitirdim.Yazım: nədir sənətim,Yazım: anam, atam kim.Bəs onda harda qaldı çəmənlərdə bir qoşunO yüyürən, o duran uşaqların baharı?Qanadını bilmədən sındırdığım bir quşunÜrəyimdə ney tutan xəfif sızıltıları?Hanı yanaqlarının yaşını silib asta,Bənövşəyə, laləyə dərdli sirdaş olduğum?Dizəcən ot içində, ya da bir budaq üstdə,Gah tək qalan bir söyud, gah dabir daş olduğum?Qorxuram ki, söz açıb bunu deyəm, o qala.Eşqi könlümə bağlı bağça da var, bağ da var.Baxın, gəlir mənimlə göy meşələr qol-qola,Gəlir çiyin-çiyinə mənimlə qarlı dağlar.Vardır hələ qonşumuz, qonşumuzun qonşusu,Hələ sevimli dostlar, dostların da dostları,Min arzudan yaranmış bir insanın arzusu,Min baharın ətridir bir insanın baharı.Mən deyəndə, bilirəm, dinir minlərlə insan,Mən gülürəm - gülür gül, gülür nə qədər çiçək.Hər yazımda neçə yaz, hər anımda neçə an...Gözümdə milyon baxış, sinəmdə milyon ürək,Təbəssümə, Günəşə, insana könül verənMin ölənin, qalanın həyatıdır həyatım,Neçə kənddə, şəhərdə yatıram yer altda mən.Daha çoxam yer üstdə,
Böyükdür eşqim, adımBudur həyatım, ömrüm!Deyirəm ki, ürəkdən:Adi bir insanam mən!
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-menim-heyatim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən Stavropol qəzetlərinin birində oxudum: Müharibə vaxtı almanların torpağa işləyib partlamamış bir bombası illərlə burada qalmış, hətta bilmədən onun üzərində ev də tikmişlər. Bomba qazıntı zamanı təsadüfən tapılmışdır.*Bomba üstünə
Analar ağlarAnam,Sapunqaraya analar gəlib ağlar.
Xirosimada məktəbsiz uşaqİnildər bir qız XirosimadaBir il...
Uşaqlıq, gənclik, qocalıqXeyr, uşaqlığımı atdım nə göy çəməndə,Nə dağda oynayanda, nə Göy çayda çiməndə.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Cavanlıq eşqinə düşmüş mənim bu pir olan könlüm,Dəmadəm nazəninlərdən vurur dəm natəvan könlüm.
خراب گشت ز می زاهد شراب ندیدهکه تاب آب ندارد سفال تاب ندیده
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,