Mən Stavropol qəzetlərinin birində oxudum: Müharibə vaxtı almanların torpağa işləyib partlamamış bir bombası illərlə burada qalmış, hətta bilmədən onun üzərində ev də tikmişlər. Bomba qazıntı zamanı təsadüfən tapılmışdır.

Bomba üstünəKöçdü ailə, -Şən,Gülə-gülə.Toy da olduBomba üstündə.Uşaq da doğulduBomba üstündə.Gəlinin ayağı altına atılanDəmir - bomba.Bomba - uşağın beşiyi.Ölüm - dayəsi.Səadətdən qorumaq istəyib uşağıO çəkir keşiyi.Bomba susur evin altında,Ailə xoşbəxt, dinc,Müharibənin üstündə sülh,Yasın üstündə sevinc.Bomba susur nəfəsini çəkib içəri,

Toy, bayram günləriOynayanların təpik zərbəsindənTərpənəndə evin divarlarıBomba başını qaldırırPartlatmaq istəyibQurşun qəzəbiniBaxır altdan yuxarı.O, odlu bir maraqdadır, -Dincəlmir,marıqdadır.Adamlar gələndəizləyir.Adamlar gedəndəBaxır...Donmuş qəlbi gecə-gündüzDeyir:Partla!Gurla!Bağır!Dincliyə,Rahatlığa yaddır,Adamlar yatandan sonra yatır,Səhər də onlarla bir oyanır,Elə bil durub işə gedəcək.Bomba hardan anlayaydı ki,İnsanları bu sayaqGüdəcək,Güdəcək,İnsanlar isə ancaqOnun dəmir içalatınıağzından çıxaracaq. –Bomba özüldə deyilmiş,Yoxsa göstərərmiş özünü.QoruyaqDünyamızın özülünü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri