Şaxta,sazaq...Maşın tərpənmir yerindən,Şofer əllərinihirsli-hirsliyanlarına çırpır.– Benzini az götürmüşdüm, -deyir, - mən.

Yığınq çır-çırpıBir ocaq çatmaq üçün,Ocaq alışmırŞofer əlyazmalarıma baxırgözucu.Çıxarıram bir-bir:bu ballada,bu şeir,bu epiqram.Kibritin titrəyənalovu altına atıram.Bircə şeirim qalır ki,Heç onu yandıracağımız kimi,çap etirməyi də,fikirləşməmişəm.Gözümdə qaralır aləm,Ocaq istəyir alışsın,İstəyir alışmasın.İstəyir məftil kimi,damarlarımdabərkisin qanım.İstəyir şaxtada yanım,Vermərəm o şeirimi.Vermərəm könlümünmüqəddəs guşəsindənbəzi şeirləriverməyəcəyim kimi.Qəmlənirəm bu ara,şaxta redaktorunyandırdığı soyuq sözündən sonra.Bildim ki, insannə qədər yanılarmış,O qədər yazı içindəbircə şeirim varmış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri