Axşamacan çimsələrAlmaq da istəməzlərgedib bir hovur çimir.Səhərdəndir sevincinmavisaf dənizindəNeçə şeytan,Mehriban,Kefi çağUşaq çimir.Bəzisi bir tərəfigöyərmiş daş dalındaAndırır bir ovçunu,Sevinc ləpəriyləDolduraraq ovcunu,Dostlarının üstünəsəpsə də,hey səpsə də,

Heç düşməyir maraqdan.Ey, qaçırsan haraya?Deyib, ovcu XəzərləDolu bir balacasıGəlib çatır haraya.Bir ovcunda bir Xəzər,Xırda uşaq Xəzəri,Ağ dənəvər qum üstə,Qaçırlar, Yıxılırlar.Gah yaralı yoldaşınbaşına yığılırlar.-Ayağın sıyrılıbdır,Elə bildik qanadı.Gülüb qaçır uşaqlar.Hərəsi bir qağayı -hər əl də bir qanadıAtılırlar sulara,Səslər gəlir dənizdən:– Mən gəmiyəm, gəmiyəm.– Mən balıqçı qayığı.– Mən balina kimiyəm.Üfürürəm dənizi,Gedib dəyir daşlara.Qaçır,aşır,daşır a.Uşaqlar ləpə kimi...Uşaqlar dalğa kimi...Bircə atom zərrəsiGörməmiş bir sevincinDənizindəBəxtiyar -Körpə balalar çimir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri