Fələknin gərdişindən dadü fəryad,Məni ayırdı səndən dadü fəryad.

Məni yardan ayırdı bu zəmanə,Zəmanə gərdişindən dadü fəryad.

Mənim iki cəhanım sevgili şah,Səni sevməkdiyindən dadü fəryad!

Yaxam yırtım gedim əğyar əlindən,Bu rəhmi yox dilindən dadü fəryad.

Məqtə — şairin təxəllüsü olan son beyt. Necə biçarəvü büryan olubdur,Xətai, yar əlindən dadü fəryad!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq