Əzəldən ta əbəd heydər gəlübdür,Adam övladına sərvər gəlübdür.

Əli şiri-xudadur şahi-mərdan,Məhəmməd həqqə peyqəmbər gəlübdür.

Aşiqlər qibləsi yüzündür, ey dust,Qaşın mehrabına mənbər gəlübdür.

Ki həqdən Zülfüqar oldu Əliyə,Əli qulluğuna Qənbər gəlübdür.

Əli xişm ilə doğradı bu cəhli,Xəmirtək dəstinə Xeybər gəlübdür.

Ala gözlər mənim imanım aldı,İki zülfün yenə ənbər gəlübdür.

Məqtə — şairin təxəllüsü olan son beyt. Suyi-heyvan üçün zülmat içində,Xətai Xızrü İskəndər gəlübdür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq