Mürşidlikdən sizə budur, ərənlər
Mürşidlikdən sizə budur, ərənlər,Hər nə istər, mənzil nərə buluna.Günəş kimi tülu edə bürcündən,Ay ilə gün doğub onda doluna.
Mürşid oldur talibini bişirə,Əlin alıb azmaqlıqdan devşirə,Gündə min gəz təbər vursa başinə,“La” deməyə ver nəsibin alana.
“La” der isə nəsibini verməgil,Nəfsi yamandır, yanında durmagil,Ölür isə namazını qılmagil,Səd hezaran lə’nət onun canına.
Talib demə pir yanında utana,Talib dönməz pir yanında ötənə.Güman ilə yatur olsa sitəmə,Yuma onda murdar göndər sininə.
Pir oldur ki, pir yurdunda otura,Talibin nöqsan yerini yetirə,Təsəlli verübən yola gətirə,İrişdirə dörd qapunun cəminə.
Xətayiyəm, çar guşəyi gəzərəm,Eşq kitabın oxuyuban yazaram,Mürşidinə kəc baxandan bezaram,Nə çağıram, nə xud varam yanına.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-mursidlikden-size-budur-erenler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür,Ucundan dürlü sevdalar xəti reyhanə düşmüşdür.
Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olurPərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur,Binəvadır ki, vüsalından həbibin dur olur.
Qamətindən münfəildir sayeyi-sərvi büləndQamətindən münfəildir sayeyi-sərvi bülənd,Həsrətindən ər-əri-şümşad olubdur dərdmənd.
Roşən yüzün ki, zülfin olubdur niqab onaRoşən yüzün ki, zülfin olubdur niqab ona,Nisbətdir əbr içində məhü afitab ona.
Başqa şairlərin şeirləri · İlahi eşq
Sual: – Dünyadan nə gətirmisən,Nə tapıb, nə itirmisən?
GəlsinOturan ağalar duran qazilər,Lənət bu dünyanın işinə gəlsin
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eyləHəzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.