Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə!
Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid,Kimi görsən sən öz dinində, təklifi-nəmaz eylə!
Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında,Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə!
Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid,Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə!
Sənin nazın görəndə əql qalmaz həsbətən lillah,Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə!
Yolunda intizari-məqdəminlə xak olan çoxdur,Xüram et bir qədəm, min xakisari sərfəraz eylə!
Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən,Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-hezer-qil-ah-odundan-covrunu-ussaqe-az-eyle
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün ki, bahari-aləməfruzVermişdi cəhanə feyzi-novruz,
Bu, Məcnun atasının vaqifi-hal olduğudur və onu biyabani-möhnətdə bulduğudurGəncinəgüşayi-gəncgöftarOlmuş bu əda ilə gühərbar:
Bu, Məcnuna anası pənd verdigidir və bustani-məlamətdən xari-nəbamət dərdigidir"Key rahəti-canü nuri-didə!Fərzəndi-yeganeyi-güzidə!
Bu, Məcnunun nəsihət qəbul etmədigidir və atasının dərdi dərmana yetmədigidirMəcnun ki, eşitdi bu xitabı,Verdi bu əda ilə cəvabi:
Başqa şairlərin şeirləri · İlahi eşq
Silindi gözlərimin aynasından surətin,Çəkildi xəyalımın səmasından həsrətin,
Ata-atYenə baş qaldırıb düşmən yuvadan,Dağlarda başlayıb, yenə at-a-at.
Mənaziri təbiətBaxılsa eyni-həqbin ilə aləm Turi-Sinadır,Giyahi-mövcəzən ahəngi-lahutilə guyadır.
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.