Hər hübabi-əşkimə bir əks salmış peykərim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər hübabi-əşkimə bir əks salmış peykərim,Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.
Əhli-qədrəm yanalı eşq oduna pərvanəvəş,Sürmeyi-çeşm eyləmişlər şəm’lər xakistərim.
Cismimi yaqdınsa, pamal etmə könlümdən, saqın,Gülxənəm, əksik degil xakistərimdə əxgərim.
Eşq sərgərdaniyəm, köksümdə min-min dağılər,Bir sipehri-sairəm, sabit cəmii-əxtərim.
Çeşm tari-cismimə düzmüşdü əşkim gövhərin,Ah kim, çərx üzmüş ol tari, dağılmış gövhərim.
Nola hər saət od üstündə durarsam dud tək,Udi-bəzmi-eşqəm, atəşdir büsatü bəstərim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, çox məlamətdən məni mən’ etmə kim,Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-her-hubabi-eskime-bir-eks-salmis-peykerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ki, vermişdir mənə yarımla ülfət etmək imkani.
Afət olsan da, könülsən, cismsən, cansan mənəMən sənə dostam, nədir illət ki, düşmansan mənə.
Gülrüxüm, sərvqədim, canına canimdı fədaMa bəda qəbləkə ma fiykə minəl-hüsni bəda
Salmasaydı bəndə gər ol türreyi-pürxəm məniSaxlaya bilməzdi yüz zəncir ilə aləm məni.
Başqa şairlərin şeirləri · Eşq
Yari-vəfadarım, gəl halallaşaq,Hökm gəlib Naxçıvana mən gedim.
Bir gözəl qamətli yari-lalərəngi sevmişəmBir gözəl qamətli yari-lalərəngi sevmişəm,Yarə istiğnası şirin şuxü şəngi sevmişəm,
نار است شعله شعله، رخ دلبرم ز تابمار است عقده عقده، دو زلفش بر آفتاب
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.