گر نباشد قید آن گیسوی خم بر خم مراکی بصد زنجیر بتوان داشت در عالم مرا

Salmasaydı bəndə gər ol türreyi-pürxəm məni,Saxlaya bilməzdi yüz zəncir ilə aləm məni.

با خیال آن پری خو کرده ام ناصح بروخوش نمی آید ملاقات بنی آدم مرا

Ol pərinin mən xəyalilə xoşam, naseh, çəkil,Neyləyim, cəlb etməyir əslən bəniadəm məni.

نه منم بی غم نه غم بی من دمی ایزد مگرآفرید از بهر من غم را و بهر غم مرا

Nə mənəm qəmsiz, nə qəm mənsiz bir an, Allah məgərXəlq edibdir ta sevəm daim qəmi mən, qəm məni.

بی لب میگون آن گلرخ نمی یابم فرحگر شود جمشید ساقی می ز جام جم مرا

Olmasa gül üzlü yarın ləbləri, şad eyləməzOlsa saqisi əgər Cəmşid, cami-Cəm məni.

گرچه دارم جسمی از سودای زلفت ناتوانمن هلال اوج سودایم نه بینی کم مرا

Olsa da cismim əgər sevdayi-zülfündən zəif,Övci sevdadə hilaləm, sanma hərgiz kəm məni.

کو ستمکاری که از غم بر دلم داغی نهددل گرفت ای همنشین از خاطر خرم مرا

Dağ çəkəydi qəlbimə, bir qan içən dilbər hanı?Incidir, ey həmnişin, bu xatiri-xürrəm məni.

Məqtə — şairin təxəllüsü olan son beyt. ناله دارد فضولی درد سر می آوردروز تنهایی نمی خواهم شود همدم مرا

Məqtə — şairin təxəllüsü olan son beyt. Naləmiz vardır, Füzuli, artırır çox dərdi-sər,Qoy bu hicran günləri yad etməsin həmdəm məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq