هیچ‌گه بر حال من رحمی نمی‌آید ترامی‌کشی ما را مگر عاشق نمی‌باید ترا

Mənim əhvalıma rəhm eyləməzsən, ey gözəl, bir an,Sənə aşiq deyil lazım məgər, bunca tökərsən qan?

می‌شود آتش ز باد افزون چه باشد گر مدامحسن روز افزون ز آه من بیفزاید ترا

Küləkdən od çəkər şölə, təəccüblü deyildir buKi, hüsnün günbəgün artar mənim ahü fəğanımdan.

گر ز من در خاطر پاکیزه داری اضطرابمن شوم آواره تا خاطر بیاساید ترا

Əgər məndən gəlirsə könlünə azar bir ləhzə,Sənin qoy xatirinçün mən olum avarə, sərgərdan.

چرخ می‌داند که در من تاب دیدار تو نیستزین سبب هرگز نمی‌خواهد که بنماید ترا

Fələk bilmiş ki, məndə qalmamışdır tab didarə,Odur kim, gizlədər məndən camalın, eyləyər pünhan.

بسته خود را به آن شاخ گل ای دل غنچه‌وارتا نکردی دور ازو آن به که نگشاید ترا

O gül şaxinə sən bir qönçə tək bağlanmısan, könlüm!Açılma gül kimi, yoxsa düşərsən ayrı canandan.

در جفا و در وفا ای مه نداری اختیارنشئهٔ حُسن است حاکم تا چه فرماید ترا

Cəfa ilə vəfadə, ey gözəl, bir ixtiyarım yox,O hüsnün hökmüdür, etmiş səni bir sahibi-fərman.

Məqtə — şairin təxəllüsü olan son beyt. می‌نهی سر بر ره آن مه فضولی دم به دمزین شرف شاید که سر بر آسمان ساید ترا

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, xaki-payindən o mahın sən şərəf tapdın,Yetər əflakə başın bu şərəflə çün məhi-taban.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq