چون شمع سوخت آتش محنت تن مراغم پاره پاره ساخت دل روشن مرا

Möhnət odilə şəm misal od tutub tənim,Sədparə etdi qəlbimi dərdü ələm mənim.

بر من بسوخت در غم عشقت دل رقیبشادم که غم بسوخت دل دشمن مرا

Eşqində yandı halimə qəlbi rəqibimin,Şadəm ki, qüssədən alışıb yandı düşmənim.

واجب شد اجتناب من از ماه پیکرانچون فرض کرده اند بخود کشتن مرا

Vacibdir eyləyim bu pərilərdən ictinab,Çünki olubdu hər birisi canıma qənim.

مردم بداغ لاله رخان گریهای ابرخواهم که لاله زار کند مدفن مرا

Öldürdü laləüz məni dağ ilə, ey bulud!Sən ağla, laləzarə dönə bəlkə mədfənim.

سویم نمی کند الم بی کسی گذرتا غم شناخت است ره مسکن مرا

Tənhalığın bəlası mənə eyləməz güzər,Ol vəqtdən ki, möhnətü qəm bildi məskənim.

عمریست کز لباس تعلق مجردمنگرفته است دست غمی دامن مرا

Bir ömrdür əlaqə donundan mücərrədəm,Bir qəm tikanı tutmamış aləmdə damənim.

Məqtə — şairin təxəllüsü olan son beyt. از غم مرا نماند فضولی ره گریزبگرفت سیل تفرقه پیرامن مرا

Məqtə — şairin təxəllüsü olan son beyt. Qəmdən mənə, Füzuli, tapılmaz nicatə yol,Tutmuşmu seyli-təfriqə dövrü bərim mənim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar