Mənəm ki, qafiləsalari-karivani-qəməm,

Müsafiri-rəhi-səhrayi-möhnətü sitəməm.

Həqir baxma mənə, kimsədən sağınma kəməm,

Fəqiri-padişahasa, gədayi-möhtəşəməm,

Sirişk təxti-rəvandır mənə, bu ah – ələm,

Cəfavü cövr – mülazim, bəlavü dərd – həşəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri