Fəqr eşq içrə, Füzuli, izzü cahimdir mənim
Mürəbbe nədir?
Mürəbbe: dörd misralı bəndlərdən ibarət şeir.
Fəqr eşq içrə, Füzuli, izzü cahimdir mənim,
Şiveyi-mehrü məhəbbət rəsmü rahimdir mənim,
Dərdimi sabit qılan üşşaqə ahimdir mənim,
Ah bu də’vadə bir adil güvahimdir mənim,
Gərçi qəm məqsudi qətli-bigünahimdir mənim,
Qəm degil, çün künci-meyxanə pənahimdir mənim,
Dərgəhi-piri-muğan ümmidgahimdir mənim,
Mən onun bir çakəri, ol padişahimdir mənim,
Ey ki, hər cürm olsa lütfün üzrxahimdir mənim,
Ayıran səndən məni, bəxti-siyahimdir mənim,
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,
Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-terkibbend-7-feqr-esq-icre-fuzuli-izzu-cahimdir-menim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tən pozuldu çeşmi-əşki-xunfəşanimdən mənim,Göydü can könlümdəki suzi-nihanimdən mənim.
Vay, yüz min vay kim, dildardən ayrılmışamVay, yüz min vay kim, dildardən ayrılmışam,Fitnə çeşmi sahirü xunxardən ayrılmışam,
Ey hərir içrə tənin, mütləq bülur içrə gülabEy hərir içrə tənin, mütləq bülur içrə gülab,Köksün abi-rövşən, ol ab üzrə dügməndir hübab.
Candadır sübhi-əzəldən mehri-rüxsarın səninCandadır sübhi-əzəldən mehri-rüxsarın sənin,Nola ta şami-əbəd olsam tələbkarın sənin,
Başqa şairlərin şeirləri · Hicran
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.
ƏmanətQurban ollam ala gözlü yara mən,Mən gedirəm, sən Allaha əmanət.
SevgilimGecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,