Tən pozuldu çeşmi-əşki-xunfəşanimdən mənim,

Göydü can könlümdəki suzi-nihanimdən mənim.

Ta əsər var cismü cani-natəvanimdən mənim,

Qəm kəm etməz gözü könlüm cismü canimdən mənim,

Bu başımdan savulub, ol getsə yanimdən mənim.

Meyli-vəsl əgmiş qədimni çəngi-bəzmi-yartək,

Rəglərim sızlar əl ursam, çəng üzrə tartək,

Çəngü ney mümkün kəm edə zarlıq mən zartək,

Bəs ki, məmluyəm həvayi-eşqə musiqartək,

Min fəğan hər dəm çıxar hər üstüxanimdən mənim.

Aləmi tutdu sirişkim qanı, tutmazsan xəbər,

Saldı yaşım rəxnələr yollarə, qılmazsan nəzər.

Qan yaşımdan yanə kim, tutmuş yolun, qıl bir güzər,

Meyl qıl məndən yana, hər dəm bu istiğna yetər!

Qanlı isəm dəxi gəl keç şimdi qanimdən mənim.

Güz evitək oldu əşkimdən çox evlər qərqi-ab,

Göz evitək qıldı çox ev mərdümi-çeşmim xərab,

Aləmi seylabə verdim, ey cəmali afitab.

Görünür mərdüm gözünə seyldən qopmuş hübab,Suyə hər ev kim gedər əşki-rəvanimdən mənim.

Ey xəyalın xəlvəti nəqdi-rəvanim məxzəni,

Göz yaşı olur rəvan hər gəh xəyal etsəm səni,

Lütf umub səndən, səri-kuyində etdim məskəni,

Gəl gözüm nuri, Füzulitək çox ağlatma məni,

İnciməzmi xatirin ahü fəğanimdən mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri