Aç qara zülfünü ta səfheyi-rusxarı tula
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Aç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
Hər zaman müşki-Xitadən iy oğurlar zülfün,Möhtəsib hanı ki, bu düzdi-xətakarı tuta?
Bilməyirsən neçə min aşiq olub zülfünə bənd,Zülf qalmaz sənə gər hər biri bir tarı tuta.
Hiç insaf deyil, zülfünə canım qurban,Mən duram, özgələr ol türreyi-tərrarı tuta.
Qorxum oldur ki, görə zülfünü zahid nagəh,Buraxıb sübheyi-səddanəni, zünnarı tuta.
Nə əcəb etməsə ol şux mənimlə göftar,Neyləsin, yox o qədər arzı ki, göftarı tuta.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yalvara-yalvara zülfün nə olur tutsa Bahar,Çox əcəb sanmayın əfsungər əgər marı tuta.
Kitabxana.az · https://kitabxana.az/works/bahar-sirvani-ac-qara-zulfunu-ta-sefheyi-ruxsari-tuta
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Hər kim ki, hicri-yar ilə düşsə dimağdənHər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
Ləli-ləbin ki, xəlq deyirlər şərab onaLəli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Başqa şairlərin şeirləri · Eşq
Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.
Xosrov və Şirin, fəsil 71Tovuza bənzəyən o afəti-canŞəkər tüngün açdı ləl sandığından.
NizamiYoğruldu bütün varlığın ümmidlə hünərdən,Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Bir axşamDənizin firuzə gözlərindəkölgələr titrəyir, sıxlaşır.