Gər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.

Ey bivəfa, cəhanə gözün saldı fitnələr,Zülfün gərək edə, niyə eylər xəta gözün.

Könlümlə zülfünün var idi əvvəl ülfəti,Axırda eylədi anı da bivəfa gözün.

Məcruh sinədə yenə könlüm görünməyir,Billah, ya qaşın aparıb anı, ya gözün.

İmanım almamış eləməz qəsd qətlimə,Həm qanımı tökür, həm alır xunbəha gözün.

Zülfü xətin ümidimi səndən kəsər, vəliEylər arada özgə işarət mana gözün.

Eylər Məsih ləblərinə çox nəzər, məgərBimardır mənim kimi, istər dəva gözün?

Can verməyib nigahına müşkül deyil, vəliBir cana müşkül eyləyəcək iktifa gözün?

Məqtə — şairin təxəllüsü olan son beyt. Min rəngilə Baharı salıbdır bəlalərə,O ağ üzün, o al yanağın, ol qara gözün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq