Derdim o məst gözlərinin çox bəlası var
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Derdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
Hərgiz behiştə meyl eləməz, huri istəməz,Hər aşiqin ki, sən kimi bir dilrübası var.
Derlər bahadır ağzına can, bilməzəm neçünBu yox olan şeyin bu qədər çox bahası var?
Müjganın ilə çeşmini gər sorsalar nədir,Bimar piri gör ki, əlində əsası var.
Bir naz ilə xuramə gəl, ey sərv, ta görəkHüsn içrə hansı sərvqədin iddiası var.
Yox eybi gərçi hicrin ilə ölməgin, vəliÇeşmin görəndə ölməgin özgə səfası var.
Məqtə — şairin təxəllüsü olan son beyt. Fəxr eylə kim, qulamınam, ey xublər şəhi,Hansı şəhin Bahar kimi bir gədası var?
Kitabxana.az · https://kitabxana.az/works/bahar-sirvani-derdim-o-mest-gozlerinin-cox-belasi-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
Tutsam şərabı gər ləbinə tay, haramdırTutsam şərabı gər ləbinə tay, haramdır,Gər nöğrə söyləsəm təninə, hərfi-xamdır.
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Başqa şairlərin şeirləri · Eşq
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
O bilər – mən bilərəmBivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.