Əgərçi iynə tək keçdim cahanın cümlə varından
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Əgərçi iynə tək keçdim cahanın cümlə varından,
Hənuz ardımcadır qeydi-təəllüq zülfü tarından.
Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,
Nə hasil bivəfa dəhrin həyati-müstəarından.
Hübabi-əşkü ahi-pürşərər qılmış məni fariğ
Cahanın qəsri-siməndudü kaxi-zərnigarından.
Görünməz surəti-ümmidi-vəslin lövhi-canımda,
Mükəddərdir məgər ol ayinə çeşmim qübarından.
Uzanır rişteyi-tuli-əməl didar zövqilə,
Xəm açıldıqca ol gülçöhrə zülfi-tabidarından.
Sənədir iqtidası tövfi-kuyi-Leyli etməkdə,
Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzarından.
Füzulidən məlamət etirazın istəyən guya,
Deyil vaqif dili-suzanü çeşmi-əşkbarından.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-egerci-iyne-tek-kecdim-cahanin-cumle-varindan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə dil ilə deyim, ey şux, nə halım vardır?
Gəzirkən kölgə kuyində məni rəşk etdi sərgərdanSəni görməkliyə onda göz olsaydı, verərdim can.
Haçan düşür gözüm ol gülüzara ağlayıramFəğan ilə dönüb əbri-baharə, ağlayıram.
Könlümdəki qəm qönçeyi-xəndanın üçündürGöz yaşlarım ol ləli-dürəfşanın üçündür.
Başqa şairlərin şeirləri · Eşq
Bir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
GəlirMüjdə verdilər ki, mənə el oğlu,Yarın gör nə işvə, naz ilə gəlir.