Gəraylı: Ellər yaylaqdan qayıtdı
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarımƏzəl başdan şirin canımDost yoluna qoyan yarım
Keçmişəm eldən ellərəDüşmüşəm dildən dillərəAlvan xına ağ əllərəÜzərindən qoyan yarım
Şah dağıdır əsil soyumŞanə incitməsin muyumQiyamətə qaldı toyumMəhşər olsun divan yarım
Qara geydi mənim bəxtimYıxılıbdır uca təxtimSoyulubdur fərəh rəxtimQəm xələtin geyən yarım
Bilmənəm kimə gedim dadəAman sirrin vermə yadəQız Yetəri bu dünyadaGözü yaşlı qoyan yarım
Kitabxana.az · https://kitabxana.az/works/qiz-yeter-gerayli-eller-yaylaqdan-qayitdi
Başqa şairlərin şeirləri
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.