Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardən
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Çıxmaz bu qış günü yuvasından nə mərmurGet al xəbər xəzinədəki şahmardən
Ol köftə hindivanə sifət bəndivanımMüşküldür ki keçim belə buz baş zardən
And olsun ağ lavaşlara, xoş rəng üzümlərəQoydu yəqin qıl məni hər kar ü bardən
Bir yan düşab, şəhd, kərə, sebzə, şəbçərəHeyvan keçər bu növ məgər sebzəzardən?
Qaymaq və qəndi kəsmə gələn hər naharlarTa bir gün olmasa gedərəm ixtiyardən
Çay və çilovdan üzmə əlim ta üzülməsinÜmid əlin cəza günü Düldül süvardən
Hər ki gedən deyil özgə, vermə qüssələrSalma özün əbəs yerə sən etibardən
Kürsü başında qış günü söhbət şirin düşərSən bir tərəfdə, mən də düşüm bir kənardən
Talib vüsali-yar ilə məsrur, dilxəramMüşküldür ayrıla belə qürb ü cavardən
Kitabxana.az · https://kitabxana.az/works/talib-el-sairi-qezel-getmez-qonaq-budur-ki-aliyi-medarden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qədim şairlər demişCan evi virandı ki...
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu