Özgədən çək gözünü
Qədim şairlər demişCan evi virandı ki...Şəhidlər xiyabanıAdi qəbristandı ki...Bığ yeri tərləməmiş
Qoltuq ağaclı cavan,Sahibini itirmişİyirmi yaşlı ceyran!Yetim körpələriyləNaçar qalan gəlinlər.Namərd sədəqəsinə...Təslim olan gəlinlər...Hanı qanun, intizam!Şimşəklərə dönüb çax!Ya cilovu möhkəm çək,Ya da bir yolluq burax!Ya məhv elə!Ya məhv ol!Özgədən çək gözünü,Silkələ öz-özünü!
Kitabxana.az · https://kitabxana.az/works/qabil-ozgeden-cek-gozunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir