Neçə ildir yana-yana o, tar çalır...“Rondo” çalır, “təsnif” çalır, “qatar” çalır.Gicgahında dən görünür birəm-birəm,Baxışında qəm sezilir, gizli bir qəm.Pencəyinin yaxasında işıltı var -Sürtmüş onun sinəsində səslənən tar...

Barmaqları pərdələrdən axa-axa,Başlar üstən dirijora baxa-baxaO, tar çalır, simdən-simə qonur mizrab,“...Fantaziya”, “sözsüz mahnı”, “segah”, “rahab”.

Xallar vurur bir-birindən şirin, incə,Özgənin də, özünün də ürəyincə,Özgələri duya bilməz bəlkə bunu, -Tarzənin harda nə xal vurduğunu.

Orkestrdə - min sədalı bu ümmandaBir dalğadır adsız-sansız tar çalan da.O, bir dəfə əl saxladı. dedi: - görək

Bilinəcək?..Yox, dirijor hiss etmədi əsla bunu,Bir mizrabın, bircə tarın susduğunu.O, üzünü çalanlara tutsa belə,Bu ki, duymaq deyil hələ.

Əl saxlayan tarzənə tək öz qəlbiHərarətlə,MəzəmmətləDedi: - yoxdur ixtiyarın, -Niyə susur sənin tarın?Kim yaradır bu ahəngi, bu axarı?Sənin tarın, onun tarı.

Hər ulduzun adı yoxdur, işığı var,Bir ulduz da sönsə belə nur azalar.İşarəylə solo çalır bir tarizən,Ürək duyur: dinləyirsən hərarətlə sən.

Orkestrə gələn günü lap cavandın,Onda birgə çalmağı da şərəf sandın.Dirijor da görünmürdü onda bu cür...

O da sadə bir kişiydi, qəşəng, hündür.

Dinləyərdi, dindirərdi tez-tez səni,İzləyərdi hər xalını, hər pərdəni.Söyləyərdi: - sən nə tələs, nə də qəm çək,Sabah hər kəs sənə qibtə eyləyəcək.

Lap qiyamət çalacaqsan,Ə’la solist olacaqsan.O, çoxuyla belə deyib-danışardı,İnsana da, sənətə də eşqi vardı.lakin nəsə, tanındıqca, ad aldıqca,alqışlanıb, tə’riflənib, ucaldıqca,gicəllənir, itirirdi o, başını,bir ədayla oynadırdı göz-qaşını.qürrələndi uyub şana, şöhrətə o,fərq qoymadı peşə ilə sənətə o.əlindəki zərif çubuq toxmaq oldu,incəlikdən uzaq oldu.O dayandı, o qaraldı kötük kimi,əl-qol atdı, fısıldadı körük kimi.

O, zamandan aylar ötdü, illər ötdü,Tarçı demir ömrü-günü hədər ötdü.Vaqif oldu musiqinin axarına,Öz tarınaÜrəyinin tellərindən tel caladı.Ancaq solist çəkilmədi onun adı.Səslənsə də neçə-neçə nəğməli tar,Onun tarı eşidildi aydın-aşkar.Çaldı-çaldı, açılmadı qol-qanadı,Çaldı... solist çəkilmədi bir yol adı.Yerlər gəzdi, yerlər gördü bu illərdə,Onun tarı dilə gəldi yüz şəhərdə.Alqış səsi titrədəndə salonlarıGöylərə də sığışmadı iftixarı.Coşub-daşsın təki xalqın iste’dadı,Təki xalqa qurban olsun adsız adı...Fəqət ürək bir həsrətlə yansa əgər,Bu yanğını söndürərmi təsəllilər?Gözlərini bir nöqtəyə zilləyərəkXəyalında o, çalır tək.Qulaq asır yaxın ona, uzaq ona,Qulaq asır oğul ona, uşaq ona,

Sevdalı kür, məhzun araz, ana Xəzər,Doğma bakı - ruhu incə, fəhlə şəhər.Sanki bütün kameralarÇevrilmişdir ona sarı,Adı gəzir bərbəzəkli e’lanları.Mikrofonlar yayır onu hər bir yana,Meşələrdə quşlar gəlir həyəcana,Qulaq asır, qaynar bulaq,Nurani dağŞərqin müdrik muğamına.Əhsən - deyir, ana torpaqTarzənin ilhamına.Qulaq asır orkestrin “allahı” da,Ona qarşı işlətdiyi günahı daEtirafmı edir yoxsa? Edir, bəli.Əsir əli.Uzun çubuq düşür yerə.Bu çubuqla o, sədd çəkib -Neçə-neçə arzulara, diləklərə.Bu çubuqla kökdən salıb neçə tarı,Vahimədən batır onun qulaqları.Tarçı çalmır, xəyalında çalır aşkar.

Pıçıltılar eşidilir, pıçıltılar...Orkestrin üzərindən elə bil ki,Bahar keçir.Elə bil ki, şimşək çaxır,Sellər gəlir, sular keçir.Baxışlarda sevinc dolu bir iztirab...Elə bil ki,Orkestrdə bir orkestr dilləndirirZərif mizrab.Dirijorun gözlərində qəfil heyrət,Qəzəbindən gömgöy oldu dodaqları.Bu nə sifət, bu nə hünər, nə cəsarət,Nə karədir tək səslənə onun tarı?Pozuldu ritm, batdı ahəng, qırıldı takt,İcazəsiz, işarəsiz, heç vaxt... heç vaxt.Necə? sənət - dərəbəylik? Ola bilməz!Mən icazə verməmişəm, çala bilməz!Yox, o çalır, heç ahəng də pozulmayır,Bircə xal da pozulmayır,Bircə rəng də pozulmayır.Zərif çubuq dönüb çomaq olmaz, olmaz!Sənət odu yandırmasa,

Çalmaq olmaz.Qəlbdən nəğmə ucalırsa -Əldən mizrab almaq olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri