Gecənin zülmətindəİtibdir yollar-izlər,Çaylar, göllər, dənizlər.Gecənin zülmətindəBircə rəng hökmrandır,Başqa rənglər yalandır.Gecənin zülmətindəSönüb ulduz,Batıb ay...Gecənin zülmətindəKömür ütüsüylə ütülənibEniş,Yoxuş,Dolay.Fəqət,Uda bilməyir zülmətSonuncu vaqonun qırmızı

Fanarını,Ömrün gecə qatarını...

TimsahGünəşi uda bilməyən təkSəni dəZülmət uda bilməyəcək,Ay ürək!Çaqqıldayır təkərlərRelslərin calağındaKeçir gecə qatarı,Yanır qırmızı işıqZülmətin qucağında.Heydən düşür paravozİniltili fit çalır,Gedir ömrün qatarıDayanacağa az qalır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri