Nə sən Leyli, nə mən Məcnun...Bəs bu təzə dastan nədir?Deyildirsə gözüm Ceyhun,Bəs bu büllur ümman nədir?

Nə sən uşaq... nə mən uşaq...Bəs bu dəli sevda nədir?Mənim dünyam sənsən ancaq,Səndən özgə dünya nədir?

Nə sən gülsən, nə mən bülbül...Bəs bu çılğın cəhcəh nədir?Dönməyibsə qana könül...Əlində al qədəh nədir?

Nə sən hakim, nə mən məhkum...Bəs bu zülm-zillət nədir?Sənə həsrət qalan ruhumBilirdi ki, həsrət nədir?!

Nə sən inci... nə mən qəvvasBəs bu dərin dərya nədir?Heç olmasa, bir qulaq as,Yuxuma gəl!.. rö’ya nədir?

Nə sən yıxdın, nə mən yıxdım,Bəs viranə qalan nədir?Yerə batdım, göyə çıxdım,Sənsiz yer-göy viranədir.

Nə sən o sən... nə mən o mən...Bəs ömürlük qalan nədir?Yox, mən, mənəm ölənəcən,Mən bilmirəm yalan nədir?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri