– Hara belə?– Uzaq sahilə.– Yə’ni hara?Lap uzaqlara...– Məsələn?– Yaxşı, eləysəBunu bir mən bilim,Bir də sən.Gedirəm.– Hind okeanına.– Hind okeanındaNə var?Yazığın gəlsinCanına.– Elə canımnanBezdiyimə görə,Əlimi hər şeydənÜzdüyümə görə,Bu qədərGəl ha gələ,

Gül ha gülə,Çal ha çala,Tərif gürşadlarına,Dünyanın ən fəxriAdlarına,Şahənşahlığa-Nə şahənşahlıq-Lap allahlığaDözdüyümə görə.Bir sözümünHeç vaxt,Heç yerdəİki olmadığından,1- rəqəmindən başqaAyrı sayYaddaşımda qalmadığındanZinhara gəldiyimçün.Suçuq qəsidələrdən,Muncuq qəsidələrdənLap zara gəldiyimçünHələ ki, lapBütləşmədiyimçün

KütləşmədiyimçünGedirəmHind okeanına.– Elə isə ora niyə?Ora nəyə?– GedirəmÖzümü öldürməyə.– Anlamadım.– Anla!Gedirəm qovuşmağaOkeanla.İstəyirəmHind okeanındaBoğulam.Bəs deyirsiz ki:Mən nadir oğulam.GedirəmKülü qanqa sovrulmuşQandilərin,NehrularınRuhundanKülündən

Səməndər kimiTəzədən doğulam.İncimə!Bakılılar demişkən:– Xərifləmisən?CamaatıHərifləmisən?Qulağının dibindəcə,Öz doğma evindəcəİxtiyarı əlindəcəBu boyda XəzərSənə boy verməzMəyər?Get XəzərəAtıl də.Atıl sonsuz xəzinəGöy sularaQatıl dəMehriban ana Xəzər?Sənə dayazlıq elər?Boğulmaq söhbətindəYarım vanna da bəsdir.

Hind okeanına təşrifinGülməlidir,ƏbəsdirSu ki, boğaza çıxdıQurtardı getdi də,İşin bitdi, dəHind okeanı...Yox bir Şimal buzlu...Baxdı mənəGüldü acı-acıDedi:– Sən bilmirsənNədir şöhrət möhtacı.Nədir şöhrət mərəziÇəpik tiryəkiUrra biuşdarı.Yoxsa kim atıb gedərDoğma, şıltaq suları;Yoxsa kim tutub gedərQorxunc, uzaq suları?Kaş adi balıqçı təkQovuşaydım Xəzərə

Barəmdə əlli zurnaFüləməyəydi hərə.Hind okeanı uzaqdır,Hind okeanı dərindir.Dərdim allah əlacıBaşımda şöhrət tacıÇox səfərlərə çıxdımBu da bir səfərimdir.Min bir səfər içindəBir nadir səfərimdir.Hind okeanı vahiməBurulğanları dəhşətBu da bir cürə söhbət...Cannan şirin nə var kiCəhənnəm olsun şöhrət.

29 yanvar 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri