Mənəm əndazəsiz; sonsuzSükuta qərq olan dərya.Sükutum arxayın qoy salmasınSahildə məxluqi...Coşarsa, heç üzün görmə,Dəli tufandı əslində.

Dərin fikrimdə gizlənmiş,Kəfən geymiş dərin mə’na.Əgər şayəd açıqlansaBəraətsiz-filansız, keç,Buyur, zindandı əslində.

Günahkarın cəzasın

Bir günahsız çəkməliykən bəs?!Deməzlər? gün-günortaDiqqətə şayandı əslində?!

Nədir insaf, nədir mürvət?Çaşıb qalmışdır idrakım.Bütün bunlar qədim söhbət,Qədim hədyandır əslində.

Səxavət sözdə asandır:Nə qulluq, hazıram, qardaş -Bu hap-gopdu, bu, hatəm naminəBöhtandı əslində.

Gözüm oynaq, xəyalım quş,Saçım çal, saqqalım çaldır.Vücudum-ruhum ancaq ki,Cavan oğlandı əslində.

Güzarandan düşür söhbət,Gözəllər qeyb olur gözdən.Könüldə eşqə yer yoxdur,

Könül virandı əslində.

Zəlil haqqın kəsən zalim,Əlil haqqın kəsən zalim,Ziyarətgaha can atma,Can atma, xalqı aldatma!

İnansaq ki, o dünya var,O cür dəhşətli səhra var.Həmişə qır qazanındaCanın büryandı əslində.

Nə çox alim, nə çox tacirNə çox loğman olub peyda?!Ay allah bu yarımçıqlar...Cəmi nadandı əslində.Nadanlıq azmış kimiHələ şeytandı əslində.

Baxıb baş tapmıram heç cürBu millət acdı, ya toxdu...Kimi çöpdü, kimi şişman,

Kimi bütdü...Kimi lütdü.Hamı üryandı əslində.Nə qaçqın, ey gözüm-canım?!Nə işğal, ey gözüm-canım?!Nə yardım, ey gözüm-canım?!Nə “verdim”, ey gözüm-canımUnutqanlıq-utanmazlıqAçıq talandı əslində.

Ələkbər Sabirin gülmür üzü,Gülməz də, gülməz də.Yağışsız da vətənindəŞiddəti-bacarandı əslində.

Hər gün gördük böyük şair...Yazıq qan uddu, qan qusdu,Bu gün sabirlərin bağrıHəmənki qandı əslində.

Nə leyli var, nə də məcnun,Nağıl açma uzun-uzun.

Hanı nöfəl cəsarəti,Zeydin ağlar sədaqəti?Nə bir könül şişəsi var,Nə bisütun tişəsi var.Nə Şirin??? var, nə də Fərhad,Keyfxanalar çıxardıb ad.Nə Vaqifin gözəlləri,Nə Vahidin qəzəlləri.Bütün bunlar üryan baldır...Qısa tumandı əslində.Məhəmməd Hadinin ruhuƏyandı ruhuma billah;Onun hali-pərişanıCalandı ruhuma billah.Gözüylə baxdım HadininCahan zindandı əslində.

Dilim: - qurban olum, - söylərGözəl yara, əziz dosta.Bu boş sözdü...Bu xoş sözdü...İlahidən --

Qoyun qurbandı əslində.

Cahana gəldiyim gündənÖlüm xofu mənə aşkar.Ölüm vəhmində sonsuzluq...Ölüm bir andı əslində

Yığışdır əl-ayağınBu sözün, bu söhbətin, qabil!Uzatma mətləbi buncaSənə nöqsandı əslində.

27 fevral, 1998

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri