Azərbaycan torpağı
Harda ümman görürəm,Sən yadıma düşürsən,Mənim mavi Xəzərim!Harda liman görürəm --Sən yadıma düşürsən,Mənim doğma şəhərim!
Harda sahil görürəm -Qumlu-qayalı sahil--Buzovnadır, -- deyirəm, --Bura başqa yer deyil.Bir qəşəng göl görürəm.Sanmıram ögey gölü.Çünki xatırladır o,Mənə bizim göy gölü!Qarşıma dağ çıxırsaBaşı qarlı, dumanlı,Ətəkləri yamyaşıl,Döşü qalın ormanlı -Şah dağı tək, kəpəz təkƏziz bilirəm onu.Mən Talış dağlarıylaƏkiz bilirəm onu!Torpaqları çörəkli,Bağları barlı edən,Kəndləri, şəhərləriAxar-baxarlı edənBir çayın sahilindənYolum düşürsə haçan
Deyirəm ki, o, Kürdür,Axıb gedir yanımdan.Nə dildə qanad açsaŞirin bir nəğmə əgər:Onunla şadlanarsaQəmlənərsə ürəklər,Oxşayarsa insanınXəyalını, ruhunu,Azərbaycan nəğməsiZənn edərəm mən onu!Azərbaycan torpağı,Öpüm, öpüm səni gəl!Axı, səndə görmüşəmHər şeyi əvvəl-əvvəl.Axı, səndə bilmişəmNə var, nə yox dünyada,Axı, səndə görmüşəmHər şeyin qəşəngini --Bağçaların barını,Çayların axarınıÜfüqlərin rəngini;Dostluğu, sədaqəti,
Sevgini, məhəbbətiSəndən ayırsa beləDənizlər, dağlar məni,Nə xoş gəlsə gözüməQoynuna bağlar məni.Dünya mənə xoş gələrHəyatın hər bir çağı? --Sən bir dünyasan demək,Azərbaycan torpağı
Kitabxana.az · https://kitabxana.az/works/qabil-azerbaycan-torpagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,
Daş, ay gəlinGörməyəydim bu dağlarda,Haray, səni, kaş, ay gəlin!
Narahat dünyaNarahatdır insanlığın ürəyi,Pozulubdur rahatlığı dünyanın.
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın