Vətən
Mən gözümü bu torpaqda açmışam,Mənim dilim bu torpaqda söz tutub,İməkləmiş, yerimişəm, qaçmışam -Dizlərimi qanadanda daş-kəsəkİlk yaram da bu torpaqda köz tutub.Tarixində adım-sanım yox onunHardan olsun, neynəmişəm axı mən?Ancaq vətən mənim kimi çoxununZəhmətini çox çəkmişdir əzəldən.Əllərimdən tuta-tuta aparmış,Məni həyat yolarına çıxarmış.Bu yerdədir rişələrim, köklərim -Ulu babam bu torpaqda uyuyur.Vətən - mənim al şəfəqli səhərim,Onsuz günəş gözlərimdə soyuyurVətənsizin nə günəşi, nə ayı?..Vətən yoxsa - hər şey hədər, havayı.Qarış-qarış dolansam da cahanı,Gözəlsə də yad ellərə səyahət,
Heyran-heyran seyr etsəm də hər yanı,Səyahətim burda bitər, nəhayət.Ağuşuna çəkər məni torpağım,Harda olsam, harda gəzib dolansamBurda tapar əks-səda sorağım.Bir-birindən hər şey qopar, ayrılar -Ayrılmayan bəs nə var?Mən,Vətən!
Kitabxana.az · https://kitabxana.az/works/qabil-veten
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Aşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Bahar çiçəkləriSəd şükr bahar oldu, ötüb fəsli zimistan,Şuralar ilə ziynət alır səhni-gülüstan.
GəlirMillət komutanı Vağarşah ağa,Səbr eylə başına gör nələr gəlir.