Ağar, saçlarım, ağar
Ağar, saçlarım, razıyam, ağar!Ağar ki, desinlər mən də müdrikəm.Üstəlik dincəlsin bə’zi adamlarOnsuz da mən səni, axı neynirəm.
Ağar ağırlığım bilinsin bir az,Qara çör-çöp kimi yatma sahilə.Dayazdakı dürrə heç kim inanmaz,Onu dərinlikdən atma sahilə.
Ağar ki, mənim də fərqimə varsın,Sorğulu baxışlar, suallı gözlər.Uzaq heç... yaxşını fikir aparsın!-Yol çəksin fikirli-xəyallı gözlər.
Mənim yaşadığım min-min həyəcan,Döyüntü, çırpıntı çoxuna yetmir.Ay qara saçlarım, inan ki, inan,Şəvən bu bazarda qiymətə getmir...
Gəlin, çaşdırmayın gözləri əbəsAxım-axım axan ilğımlar kimi.Qorxmayın yanılmaz onsuz da o kəs-O kəs ki, qəlbiylə görür qəlbimi.
Ağarın, saçlarım, ağarın görək,Nə lazım yandıra çölüm özgəni.Qurtarın, saçlarım, qurtarın görəkNə cürəm o cür də göstərin məni.
Necə yersizsiniz, yersizsiniz, ah,Qara bulud kimi mavi səmada.Özgə heç... özümüz deyilmi agah,Qışın qar nəfəsi gəzir havada.
Bəli, ömrün-günün soyuq havası!Qara saçlarımın xeyri yox sənə.Vaxtında nə verdi, onun cəfasıİndi də səfası nə versin mənə.
Baxıram irəli, baxıram geri,Baxıram dövrəmə həsrət içində.
Alnıma tökülən qara telləriÖzgə də seyr edir həsrət içində...
Sinnin də, yaşın da öz yaraşığı;Məni yaraşıqdan salma saçlarım!Yazın da, qışın da öz yaraşığıQarala-qarala qalma saçlarım!..
Kitabxana.az · https://kitabxana.az/works/qabil-agar-saclarim-agar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Abbasdan Heydərə şikayətim var,Göyüş təsdiq edə, hər mahal bilə.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördümŞəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm,Tamaşa eylədim yaxşı-yamanı, xeyrü şər gördüm.