Şəha, müddət cahanı mən də gəzdim, dərbədər gördüm,Tamaşa eylədim yaxşı-yamanı, xeyrü şər gördüm.

Görüb mərdümləri bitəcrübə, ey mərdüm, aldanma,Məhəksiz bilmək olmaz qəlbini, çox simü zər gördüm.

Səxavət olmayan kəsdə şücaət fe’li-nadirdir,Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Əkabirlərdə himmət, aşinalarda sədaqət yox,Vəfa kuyin dolandım, mütləqa yox bir bəşər gördüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri