Fələyin bir belə cövrü olacaqmış nə bilim,Dirilib xəstə yatanlar duracaqmış nə bilim?Boşa getdi iki yüz il sizə lay-lay dediyimDaima məhfəzeyi-cəhldə hifz eylədiyimMən deyirdim sizi bilmərrə dirildənməz həkimUzanıb dəsti-qəza qaldıracaqmış nə bilim?

Ey xoş ol gün ki, deyirdiz mənə dindikcə, bəliOxuyardım sizə hər ləhzə bu dadlı qəzəliNə ola, dəyməyə bu süfrəyə əğyarın əli,Vəli “Molla Nəsrəddin” çıxacaqmış nə bilim?

Çox yaman oldu bu cür dərdi fəramuş eyləmək,Mümkün olmaz dəxi bu məşəli xamuş eyləməkTazədən xalqı yatırdıb işi sərpuş eyləməkBizi bir loğmaya həsrət qoyacaqmış nə bilim.

Ey xoş ol gün ki, gəlirdi sizə xoş lay-layımızKi, o lay-layla gəlirdi evə qəndü-çayımızHər nə pişsəydi ocaqlarda, olurdu payımızPay yerinə bizə həsrət qalacaqmış, nə bilim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Müəllim

Rus dilində nəşr olunan Bakı qəzetləri “müəllimlər” məsələsini ortalığa qoyub danışmaqdadırlar ki, yəni indi yay daxil olur, sonra da payız gələcək, bəs, lazımdır indidən bu fikirdə olaq ki, payızda müəllimlərimiz hamı öz yerində olsun və qulluqdan Quba meydanına qaçmasınlar.Bu rus dili məktəbləri müəllimləri barəsindədir.

1 dəq
Mayın biri

Bu gün küçələrdə özgə bir cəlal var; evlər qırmızı bayraqla bəzənib, balkonlar əlvan fərşlər və parçalarla bəzənib, avtomobil və faytonlar gül-çiçəklə bəzənib, küçələr dolu camaatla. Əsgərlər, şagirdlər, əmələlər qırmızı bayraq əllərində oxuya-oxuya dolanırlar. Qızlar, uşaqlar avtomobillərlə yainki piyada, qoşa-qoşa, cərgə ilə, əl-ələ verib oxuyurlar və gəzirlər, musiqi dəstələri bunlara səs verirlər.Bu gün mayın biridir; yəni bu gün azadlıq bayramıdır.

1 dəq
Mənə nə!

Bizlər deyirik: mənə nə, farslar deyir: bə mən çe? Bu ibarənin mənası budur ki, mən deyirəm hər bir işin başında mən özüm olum və o işdə ki, mən yoxam – o işi də pisləyəcəyəm.Məsələn, eşidirəm ki, sən bir xeyir iş başlamısan; məsələn, aclara köməklik yığırsan, ya körpü qayırırsan. Hərçənd o işlər öz-özlüyündə fəna iş deyillər, bəlkə hələ yaxşı da bir işdirlər; amma zəmani ki, sən o işləri mənsiz başlamısan və mənim orada adım-sanım yoxdur, mən, əlbəttə o işlərin heç birini təsdiq etməyəcəyəm. Çünki bunlar hamısı keçəndən sonra mənə şöhrət lazımdır.

1 dəq
Qızıl kimi söz

Sözün doğrusu, ölən qızımın anası bizim Nabat daha köhnəlmişdi. Yəni, elə belədir: arvad ki, bir evdə dörd, ən çoxu beş il yaşadı, bəsdir. Onu dəyişib özgəsini gətirmək lazımdır.Mən də helə beləyəm. Nabatı dəyişməmiş, yerini gözaltı eləmişəm. Özü də Nabatdan çox-çox gözəldir. Və bir də kişinin qızı adamın Allahı var, cavandır; belə lap təzə vaxtıdır. Yəni yeni yetişir. Lap mənim fənnimdir. Hər bir danışığımız, işimiz qurtarıb gedibdir.

2 dəq

Başqa şairlərin şeirləri · Satira