Lazımdır utanmaq
Sən adət edibsən gecə-gündüz ha qaşınmaq,Lazımdı baxanda sənə odlarına yanmaq,Mən aşiqəm, ey gül, sənə, olmaz bunu danmaq,Axır günətək eyləmənəm səndən usanmaq,Dəxi nə qaşınmaq, nə uzanmaq, nə dayanmaq?Lazımdır utanmaq.
Hər kəs ki, o çirkli üzünü görsə mırıldar,Sürmə çəkilən mal gözünü görsə xoruldar,Həm yoldaşını, həm özünü görsə qırıldar,Tuti quşu nisbət sözünü görsə hırıldar,Dəxi nə qaşınmaq, nə uzanmaq, nə dayanmaq?Lazımdır utanmaq.
Talib deyiləm baxmağa ey gözləri həqqa,İnsanı görüb qaçma bəhayim kimi bica,Bir üzdə ki, bir qətrə də ruh olmadı əslaEtməz ona zövq əhlisə bilmərrə tamaşaDəxi nə qaşınmaq, nə uzanmaq, nə dayanmaq?Lazımdır utanmaq.
Kər bilməyəsən sərf və nəhvi və nisabi,Billəm ki, sözündür bəli məqbul hesabi,Yoxsa toxumaq bilməyəsən bircə corabi,Gər tarı üçün mollaya vermə çox əzabi,Dəxi nə qaşınmaq, nə uzanmaq, nə dayanmaqLazımdır utanmaq.
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-lazimdir-utanmaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.
Qəzetlərdən“Bəyanül-həq” qəzetinin müxbiri molla Əbdülrəşid İbrahimov Yaponiyanın Tokio şəhərindən İstambulda çıxan “Sıratül-müstəqim” məcmuəsinə yazır ki, “mən Yaponiyada hər məclisdə hər gün nitqlər söyləyirəm. Və Yaponiya üləmasına mənim nitqlərim elə təsir bağışlayır ki, gündə bir neçəsi özündən gedir”.Bu xəbəri möhtərəm “Tərcüman” qəzeti yazıb, axırda soruşur ki, aya, görən, molla Əbdülrəşid bu nitqləri ingilis dilində söyləyir, yainki yapon dilində?
Üsuli-cədidBu üsuli-cədid çox qəribə şeydir. Əvvəllər uşağı bir il oxudardılar, yazıb-oxumaq bilməz idi. Amma indi iki-üç ayın içində basavad olur.Nuxada bu üsuli-cədidin tərəqqisi dəxi də artıqdır. Məsələn, keçən həftə Salahlı kəndindən iki ayağı çarıqlı, bisavad kəndli gəlmişdilər Nuxaya ki, bir həftənin içində “üsuli-cədid” vasitəsi ilə mollalığa imtahan tutub şəhadətnamə alıb getsinlər.
YolYadındadırma, əzizim ki, həmişə mən sənə deyərdim: “Dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşiman olarsan!”. Sən mənə cavab verərdin ki, “yox, yox, gərək bu yol ilə gedəm. Bu yol məni aparıb çıxaracaq gülüstana”. Mən deyərdim: “Getmə, qayıt geri. O yol ki, sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxardar qamışlığa, orada qabanlara rast gəlib puç olarsan”.Yadımdadır ki, sən mənim üstümə hirslənib istəyirdin ki, hələ məni vurub öldürəsən də. Mən deyərdim: “Getmə”, sən deyərdin: “gedəcəyəm”.
Başqa şairlərin şeirləri · Satira
Şad ol, könül ki, fəsl yenə novbahardır;Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?
Gözüm yolda qaldı könül intizarMirzə Fətəliyə*Gözüm yolda qaldı, könül intizar,
"Səda"nın 162-ci nömrəsinə ("Şairəm, əsrimin ayinəsiyəm")Şairəm, əsrimin ayinəsiyəm,Məndə hər kəs görür öz qaş-gözünü;