Gözüm yolda qaldı könül intizar
Mirzə Fətəliyə
Gözüm yolda qaldı, könül intizar,Gəlmədi cavabi-namələr səndən.Bir aydan artıqdır gedib uşaqlar,Yetişmədi bizə bir xəbər səndən.
Aşina, müsahib, yarü həmsayəLazımdır yetişə ğövrə, hərayə;Kitabətin dəyər mülki-dünyayə,Nə hacət istəmək simü zər səndən?
Tək yaradıb səni vahidi-yekta,Əxlaqına, ətvarına mərhəba”Neyləmisən Molla Səfi, BəybabaMəmnundu, əzizim, bu qədər səndən?
O vilanın yoxdu bu yer tək pisi,Təqəllübü, hərzəkarı, xəbisi;Yaxşı gördüm tamam əhli-Tiflisi,Razıyam nəhayət biştər səndən.
Olan dəmdə mənə mənzil ŞadnoHər tərəfə eylər idim təkü do.İvano-bəy, Kolyubakin, İlikoÇalışırdı, əlhəq, bərabər səndən.
Həsən bəyə söylə əmri-məlumi,“Qəziyyə məlumdur deyəndə rumi”.Sərəfraz eylərsən yüz bəxti şumi,Zahir olsa əgər bu hünər səndən.
Tutub dəmənini sən tək əmirin,Təvəqqöün eylər iki əsirin;Qarabağ mülkündə bir mərdi-pirinTəmənnası budur, taci-sər, səndən!
Qoyma ki, qürbətdə gedələr zayə,Sayə salmaq təqazadır hümayə;Laçın balasıdı gomiş sonayə,Seyd etmək olardan, balü pər səndən.
Salıbdır bəlaya dəbənganali,Dağılıb əmlakı, dövlətü mali;Sakit eyləməyə bu qilü qaliİstər o xoştəbi-süxənvər səndən.
Tutuşub mənimlə çərxi-bədəfal,İt... girsin ha belə iqbal;Bizim üstümüzdə, ey nikuxisal,Eşitdim incinib Yekəpər səndən.
Baş verən zamanda bu əmri-əbəs,Gərək ona sən deyəydin: – ey təros,Sən bir ağacsan ki,ömründə heç kəsNə sayə görübdür, nə səmər səndən.
Çoxların qılıbsan çörəyə möhtacAxtarır, tapılmaz dərdinə əlac;Fironü Hamanü Zöhhakü HəccacOla bilməz ola sitəmkar səndən.
Bidətin yandırıb qövmü əshabi,Müşküldü gətirmək bu zülmə tabi,Düşüb Cəbrəilli, Maralyan, Babi,Horadiz, Qoyucaq dərbədər səndən.
Zülmü sitəminlə aləm dolubdur,Əhli beytin rəngi-ruyi solubdur,Neçə rövşən xanimanlar olubdur.Şəbi yelda kimi tirətər səndən?
Böyük oğlun gozər payi-piyadəŞol biri də tələf oldu aradə;Xah gədə, xah büzürgzadə,O kimdi çəkməyə yüz zərər səndən?
Sikkə olmaz övladının cibində;Rizgləri yırtıq çuxal dibindəCan verdi mədərin özgə evində,Nə düxtər yarıyıb, nə pesər səndən.
Ömri-təvilinə budur ki, dəlil,İstəməz üzünü görə Əzrail;Bundan sonra hələ yaşarsan yüz il,Vəchi budur, əcəl yan gəzər səndən.
Üləmayə dərsən föhşü latayil,Təriqi-islama deyilsən qayil;Bu hal ilə yenə çox əqli zayilGəlib eşiyinə zad istər səndən.
Təsəllütün yetsə şeyxül-islamə,Anı bizdən betər salırsan damə;Əbəs yerə düşmə xəyali-xamə,Nifrət eylər, billah, kim görər, səndən.
Mən səni tanırdım, işlərin qandı,Yüz dəyələr, elə haman-hamandı;Elə bilsin padişahi-zamandı;Hər kim iraq ola, müxtəsər, səndən.
Təqəllübdə, məllüqdə ustadsan,Doğru sözün yoxdu, gizbə mötadsan;Qatili-imamsan, İbni-Ziyadsan,Lazımdır eyləmək əlhəzər səndən.
Vəsfi-sifatından danışdım xeyli,Eşitsin hər kimin var isə meyli;Elə yalqız Zakir deyil gileyli,Azürdədir aləm sərasər səndən.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-gozum-yolda-qaldi-konul-intizar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər aşiqin bir yarı var,Əlamətdi mənim yarım.
Hüsnün sultanı gözlərəHüsnün sultanı gözlərəTamam xanü paşa qurban.
Qələtdir qocaya novcəvan sevməkQələtdir qocaya novcəvan sevmək,Sevgi sevgisinə bərabər gərək.
Könül, baxa-baxa rüxi-zibayəKönül, baxa-baxa rüxi-zibayəGözündə qüvvəti-bəsər qalmamış.
Başqa şairlərin şeirləri · Satira
Xuliqan olma, quzum, fikrini bir isJah et,İstəmə bir bu qədor qəlbden İran şahm.
UtanmaEy ardən ari, bala, mərdanə utanma,Hər ləhzədə ol sakini-çayxanə utanma!
Hitler deyir:Axtarasan bu dünyanı hər tərəf,Olmaz özümtək hələ bir bişərəf.
Bir dədə axtarıramEldən gizli deyil bu, yetim böyümüşəm mən,Məşq edirəm qələmlə kağızlar üstdə hərdən.