Dünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?

Meyxanə içrə aşnalar ilə şərab içib,Sərməsti-badə olmadın əsla, nə ləzzəti?

Manəndi-Qeys Leyliyə dil vermədi, nə sud,Kəndinə mənzil olmadı səhra, nə ləzzəti?

Bulvar içində gəştə çıxıb seyd qılmadın,Nazü nəzakət etmədi Lolya, nə ləzzəti?

Ağlın var isə anlama, bilmə qüsurunu,Oldun cahanda vaqifi-məna, nə ləzzəti?

Asudəlik nədir? Ölüb öldür zəmanədə,Mərdin başında olmadı qovğa, nə ləzzəti?

Xalqa nəsihət eylə, özün hər nə bildin et,Oldun tutaq ki, bir yekə dana, nə ləzzəti?

Hər yanda xani-nemət olan əhli-fəqr üçün,Leyk olmaya o bəzmdə molla, nə ləzzəti?

Qahir nə sud söyləyəsən xalqa möizə,Xalq olmadı təmamisi rüsva, nə ləzzəti?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana