Verdi şəmşiri-qaşın qətlim üçün fərmani,Sanki məhbusinə sultandır, edər divani.

Hökm edib zülfünə, canan edə pabəstə məni,Kim ki, Məcnun ola, zəncirə çəkərlər ani.

Taqi-əbrulərinə eyləyirəm səcdə müdam,Kuyini səcdəgəhim eyləmişəm pünhani.

Əydi bu çərx mənim qamətimi qaf kimi,Yeri var, ahim edə qərq qəmə dünyani.

Vahida, oldun, əcəb, türreyi-dilbərdə əsir,Çünki haqq böylə yazıb aşiq üçün tuğrani.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq