Minacat
Ey mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!
Tez gəl, yetiş, öldürdü bizi həsrətin, ey mah,Bir bizdən ötrü həq səni xəlq eylədi, billah.Bilməz də sənin qədrini bu ümməti-gümrah,Qurban sənə bu şeyx əminin canı, orucluq.
Hümmət yağıyor Maştağaya indi sərasər,Qalmaz toz içində dəxi mehrab ilə minbər,Quldur qoçu, cibgir, beçəbaz, dinçi iyidlərTəmir qılır məscidi-viranı, orucluq.
Çıx parla, yetər, aç üzünü, ey məhi-taban,Əmmaməli, üryan lotular açmağa meydan.Dikmiş sənə həsrət gözünü silsiləcünban,Ta xalqı soyub doldura həmyanı, orucluq.
Verrəm qəsəm öz şəninə xəllaqi-cahanı,Alsın nəzərə mollaları, mərsiyəxanı,Bir il eləsin, kaş bu bir ay rəmazanı,Tutsun bütün hər ölkəni, hər yanı orucluq!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-minacat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəlim, gül üzünə el-hamı heyrandı sənin,Fitnəkar, şux baxışın işvəli ceyrandı sənin.
Zülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninZülfi-ənbərşikəni ol büti-şəkkərsüxəninSaldı səhralərə müşkini qəzali-Xütənin.
Gördülər ta o gülün nərgisi-məstanələrinGördülər ta o gülün nərgisi-məstanələrin,Saldı saqilər həsəddən yerə peymanələrin.
Ləbinə bənzəməsəydi meyi meyxanələrinLəbinə bənzəməsəydi meyi meyxanələrin,Lalərəng olmaz idi çöhrəsi peymanələrin.