Gözəlim, gül üzünə el-hamı heyrandı sənin
Gözəlim, gül üzünə el-hamı heyrandı sənin,Fitnəkar, şux baxışın işvəli ceyrandı sənin.
Məni bimar eləyən gözlərinin həsrətidir,Ləblərin xəstə olan könlümə dərmandı sənin.
Sən gülərkən sevinir, şad olur, ellər də gülür,Məgər ol ləli-ləbin qönçeyi-xəndandı sənin?
Gözlərin qarət edib könlümü, canım qalmış,O da ki qaşlarının tağına qurbandı sənin.
Ərköyünsən, nə bilirsən, elə öz aşiqinə,Hər nə hökm eyləsən, hökmün də firavandı sənin.
Bu məlahətlə əgər bilməsən öz qiymətini,Nazəninim, mələkim, şəninə nöqsandı sənin.
Qırmızı alma kimi lalə yanağın qızarıb,Gül camalın, elə bil, bağı-gülüstandı sənin.
Nə könül doydu, nə göz gül üzünə baxmaqdan,Öylə ki, əksi-rüxün diqqətəşayandı sənin.
Demə, Vahid, yanıram, eşq oduna tabım var,Çünki doğma vətənin Azərbaycandı sənin.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gozelim-gul-uzune-el-hami-heyrandi-senin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!
Pabəstə olmasaydım o geysuyi-pürxəməPabəstə olmasaydım o geysuyi-pürxəmə,Divanəlikdə şöhrətim irməzdi aləmə.
Ah, kim hər gün yetər min qəm dili-naşadiməAh, kim hər gün yetər min qəm dili-naşadimə,Bir gün ol bimehr məh yetməz mənim fəryadimə.
Səbr eylə, könül, möhnəti-hicranə, tələsməSəbr eylə, könül, möhnəti-hicranə, tələsmə,Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.
Başqa şairlərin şeirləri · Eşq
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
O qara tellərinə oğru deyim, ya rəhzənO qara tellərinə oğru deyim, ya rəhzən,Ya könlüm məmləkətin qarət edib badə verən.
Xoş gəlmisənBu xoş gündə qədəm basıbYarım, bizə xoş gəlmisən.
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.