Məni, ey tazə gül, hicrində giryan eylədin, getdin
Məni, ey tazə gül, hicrində giryan eylədin, getdin,Misali-bülbüli-şuridə nalan eylədin, getdin.
Qoyub, ey Yusifi-sani məni Yəqubtək ağlar,Mənə bu xaneyi-dünyanı zindan eylədin, getdin.
Məni Məcnun kimi zənciri-zülfə bağladın möhkəm.Xəyalım cəmikən axır pərişan eylədin, getdin.
Tərəhhüm qılmadın üşşaqə bir dəm, ey şəhi-xuban,Məni sail kimi çaki-giriban eylədin, getdin.
Qılıb eşq əhlini qəm bəstərində ruzü şəb xəstə,Rəqibi-səngdil dərdinə dərman eylədin, getdin.
Məni ağlatdın hicrində bəlayi-eşq ilə, zalim!Nədən biganələr könlünü xəndan eylədin, getdin.
Gəlib nə Vahidi qəmdən xilas etdin, nə öldürdün,Nə də müşkül olan dərdini asan eylədin, getdin.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-meni-ey-taze-gul-hicrinde-giryan-eyledin-getdin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fikr edirdim, olacaqsan mənə cananə, gözəl,Qeyrilər eylədi məndən səni biganə gözəl.
Dəli könlüm, gözəlim, zülfünə olmuş mailDəli könlüm, gözəlim, zülfünə olmuş mail,Yenə zənciri-cünun əqlimi etmiş zail.
Haqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmilHaqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmil,Kim yetər isbati-həqqə müshəfi-ruyin dəlil.
Ol deyil aşiq, mənimtək eşqdə rüsva deyilOl deyil aşiq, mənimtək eşqdə rüsva deyil,Ruzü şəb Məcnun olub sərgəşteyi-səhra deyil.
Başqa şairlərin şeirləri · Eşq
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Daha üftadə bizi sevgili canan diləyirVarmı bundan da ağır gün kim, o sultan diləyir.
ÜrəkDeyirlər: uçsa ürək, qopsa candan,ölər insan.