Məni həmişə, gülüm, xari-ruzigar elədin,Rəqibə məxfi olan sirrim aşikar elədin.

Bəlayi-eşqə düçar olmaz idim aləmdə,Məni bu dərdü bəlayə ki sən düçar elədin.

Rəqibi məhrəm edibsən hərimi-kuyində,Nə vəchlə məni o bəzmdən kənar elədin?

O dami-zülfünə səyyadtək könül quşunuSalıb kəməndinə, ey ahuvəş, şikar elədin.

Rəqib xanəsini ruzü şəb qılıb rövşən,Mənim günümü nədən boylə tirətar elədin?

O çin zülfünə mişkin dedim, xəta qıldım,Məni görəndə Xütən seyditək fərar elədin.

Bu əhd ilə qəzəli sən ki yazmısan, Vahid,Hüzuri-məclisi-əhbabə bərgüzar elədin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq