Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,Bu ev yıxan ələmdarın,Aman, əl-aman əlindən.

Qəm evində xəstə qaldım,Bərgi-xəzan tək saraldım,Könlümü zülfündən aldım,Qurtardım ilan əlindən.

Sevdim bir zülfi-kəməndi,Atubdur könlümə bəndi,Qocaldım, ömrüm tükəndi,Bir tazə cavan əlindən.

Sevdim bir yar bivəfa,Yemişəm yüz tiri-cəfa,Sitəmi Acizə vəfa,Bu qaşı kaman əlindən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq