Ləvhəş-Allah, xaliqi-can,Nə gözəl insan yaradıb,Hamunı surəti-məhz,Bu gözəli can yaradıb.

Qurban olum o tamaşa,Surətin ki getdi başa,Bu cani ol kaman qaşa,Əzəldən qurban yaradıb.

Zahidsən, saxla imanı,Cənnət özünə ərzani,Mənə elə bu cananı,Huri və qılman yaradıb.

Bu gözlə elə nəzər,Belə də hüsn olur məgər,Sərvi-tazə, sünbüli-tər,Gül üzrə reyhan yaradıb.

Hər kəsə hikmət qəza,Bir surəti görüb rəva,Məni Aciz və binəva,Səni qəhrəman yaradıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri