Pabəstə olmasaydım o geysuyi-pürxəmə,Divanəlikdə şöhrətim irməzdi aləmə.

Hər dəm düşəndə ruyinə ol zülfi-pürxəmin,Bənzər xəzinə üstə duran mari-ərğəmə,

Ləlin dirildir, öldürür üşşaqı, ey sənəm,Yox ehtiyacımız dəxi İsəbni-Məryəmə.

Bir danə üçün etməz idi tərk cənnəti,Xalın xəyalı bais olub, derlər, Adəmə.

Zahid bilərmi sirrini qönçə dəhanının?Vaqif olarmı nabələd əsrari-mübhəmə?

Zövqi-həyatımız rəhi meyxanələrdədir,Verdik behişti biz sənə, zahid, cəhənnəmə!

Vahid, zəmanə içrə tapılmaz bir əhlidil,Sanma vəfalı, bağlama bel yarü həmdanə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq