Bakılı qız
Bakılı qız, paytaxtımın gözəlisən,Öz eşqimin, öz bəxtimin əzəlisən.Suları yara-yara buruqlara gedəndə sən,Oyanır qızıl günəş sənin şirin gülüşündən.Sevirəm səni, mən bakılı qız,Ala gözlü yar, şən bakılı qız!
Zəhmətinin bəhrəsidir, ey gözəl yar,Xəzər üstə şəfəq salan gur işıqlar.Sevgilim, gülür Xəzər, ömür gözəl, dövran gözəl,Gülşənim, sal bir nəzər, hər yan qəşəng, hər yan gözəl.Sevirəm səni, mən bakılı qız,Ala gözlü yar, şən bakılı qız!
Ürəyini ürəyimdə yaşadıram,Kaş səninlə qoşa gəzib, qoşa duram.Hər səhər başın üstə qağayılar qanad çalır,Qazdığım sıx buruqlar Xəzər boyu kölgə salır.Sevirəm səni, mən bakılı qız,Ala gözlü yar, şən bakılı qız!
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-bakili-qiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Aranı tez-tezGəldi yaz ayları, yaylaq çağıdı,Ellər tərk eyləyir aranı tez-tez.
Dal əyər, əyərÇən gəlsə dağlara, yellər əsdirər,Qışda çətin gəlsə, dal əyər-əyər.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,